8 May 23:29
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

81-ci Venesiya Beynəlxalq Film Festivalının münsiflər heyətinə fransız aktrisa İzabel Yupper başçılıq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə festivalın saytı məlumat yayıb.

“Mənim festivalla çox gözəl münasibətim var və bu kino bayramında yer almaqdan şərəf duyuram”- deyə aktrisa bildirib.

Venesiya kinofestivalının direktoru Alberto Barbera Yupperlə bağlı seçimini belə izah edib:

"O, görkəmli aktrisa və böyük rejissorların ilham mənbəyidir, eyni zamanda o gənc, bu sənətə yeni başlayan kinorejissorların filmlərində çəkilməkdən imtina etmir".

Qeyd edək ki, Venesiya festivalı avqustun 28-dən sentyabrın 7-dək keçiriləcək.

İzabel Yupper "Pianoçu" filmində oynadığı rola görə Kann Film Festivalında "Ən yaxşı qadın aktrisa" nominasiyasında qalib olub.


Müəllif: Pərvin Cəfərova