10 Fevral 2015 08:14
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda ilk kitab evi fəaliyyətə başlayıb. Virtualaz.org saytı xəbər verir ki, “Koroğlu” metrosunun çıxışında yerləşən və ticarət məqsədi ilə tikilən obyekt artıq kitab evi kimi xidmət göstərəcək.

“Koroğlu” metrosunun piramida çıxışında olan bu ticarət obyekti “Bakı Metropoliteni” QSC yaradılmamışdan və Zaur Hüseynov sədr təyin edilməmişdən əvvəl “Bakcell”in müştəri xidmətlərinin ofisi kimi fəaliyyət göstərirdi.

Qeyd edək ki, metroda ticarət 2014-cü ilin mart ayından - hələ Tağı Əhmədovun vaxtında qadağan edilib. Amma yeni sədrin qərarı ilə metroda ticarət tədricən bərpa edilməkdədir.

“Bakı Metropoliteni” QSC-nin rəsmi açıqlamasında metronun müəyyən stansiyalarında quraşdırılacaq ticarət köşklərinin arxitektur quruluşla vəhdət təşkil edəcəyi bildirilib.

Həmin köşklər apteklər şəbəkəsi, su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar, kitab ticarəti şəbəkəsi və gül salonları şəbəkəsi kimi fəaaliyyət göstərəcək.


Müəllif: