21 May 2015 19:39
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Evlənmə” tamaşası nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış “Evlənmə” tamaşası ADMİU-nun IV kurs “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir. Kursun rəhbəri və tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının əməkdar artisti Gülşad Baxşıyevadır.

Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Şəbnəm Əliyeva (Aqafya Tixonovna), Ayşən Mirzəyeva (Fyokla İvanovna), Könül Əbilova, (Arina Panteleymonovna), Əbdül Məcidli (İvan Kuzmiç Podkolyosin), Ayaz Məmmədov (İlya Fomiç Koçkaryov), Elməddin Məmmədov (İvan Pavloviç Yaiçnitsa), Məhəmməd Abdullazadə (Nikanor İvanoviç Anuçkin), Elmir Yusifli (Baltazar Baltazaroviç Jevakin), Dunyaşa (Nərgiz Cəbiyeva) və Seymur İkramlı (Stepan) çıxış ediblər.

Nərmin


Müəllif: