Ötən sutka ərzində antiterror əməliyyatı zonasında 12 Ukrayna hərbçisi yaralanıb.
Bunu Ukrayna prezidentinin antiterror əməliyyatı məsələləri üzrə nümayəndəsi Aleksandr Motuzyanik bildirib.
A. Motuzyanik ötən sutka ukraynalı hərbçilər arasında ölənlərin olmadığını qeyd edib.
Ancaq “Aydar” taboru iyunun 11-də 2 döyüşçüsünün öldüyü, 4 döyüşçüsünün yaralandığı, “Kiev-1” taboru iyunun 11-dən 12-nə keçən gecə 4 döyüşçüsünün öldüyü, 13 döyüşçüsünün yaralandığı barədə məlumat yayıb.