13 İyun 2016 16:55
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Ermənistan parlamenti önündə etiraz aksiyası keçirilib.

Teleqraf.com 1in.am saytına istinadən xəbər verir ki, nümayişçilər Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı etirazlarını bildiriblər.

Məlumatlara görə, aksiya iştirakçıları əllərində “Bu, növbəti xəyanətdir”, “Biz Permyakovların ordusuna inanmırıq, biz Ermənistan ordusuna inanırıq” kimi şüarlar yazılmış plakatlat tutublar.

Aksiya iştirakçılası Tiqran Xzmalyan bildirib ki, razılaşmanı imzalamaqla Ermənistan böyük səhvə yol verəcək: "Razılaşmanın imzalanması hökumətin səhvidir. Bu razılaşmanı imzalamaqla biz tək Azərbaycana deyil, bütün dünyaya müharibə elan etmiş oluruq. Razılaşma bizim gələcəyimizin sakit yolla Rusiyaya verilməsi deməkdir”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində növbədənkənar sessiya keçiriləcək. Sessiya zamanı Ermənistan – Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair saziş müzakirə olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər