14 İyun 2016 13:39
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın idman naziri Vitali Mutko Fransada rusiyalı azarkeşlərin olduğu avtobusun saxlanılmasına münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, vəziyyətin nəzarətdə olduğunu deyib:

"Vəziyyəti qəlizləşdirmək lazım deyil. Rusiya-İngiltərə oyunundan sonra baş verənlərlə bağlı Fransa polisinin əlində məhkəmə qərarı var. Həmin qərarda adları çəkilən şəxslər deportasiya ediləcək. Siyahıda Rusiya vətəndaşları var və polis həmin şəxsləri axtarır".

Qeyd edək ki, bu gün səhər saatlarında rusiyalı azarkeşlərin olduğu avtobus Fransanın Kann şəhərində saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər