İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ürəyindən əməliyyat olunub.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, hazırda o, "əla formadadır".
Bu barədə Berluskonini əməliyyat edən həkimlər - cərrah, professor Ottavio Alfyeri və siyasətçinin şəksi müalicə həkimi Alberto Dzanqrillo bu gün keçirdikləri mətbuat konfransında bildiriblər.
"Əməliyyat uğurlu keçdi. Biz onun aorta qapağını dəyişdik. Urəyi sağlamdır", - Alfyeri deyib.
O qeyd edib ki, baş nazirin sağalması prosesi başa çatmayıb: "Ağırlaşma hətta sonrakı mərhələdə də mümkündür. Bu gün biz onu süni nəfəs aparatından ayırdıq. Əməliyyatdan 112 saat sonra Berluskoni tibb bacısına kompliment deyirdi".
Hazırda sabiq baş nazir intensiv terapiya şöbəsindədir. Sabah onun adi palataya köçürüləcəyi gözlənilir. Berluskoni bir həftə xəstəxanada qalacaq. Onun reabilitasiyasına orta hesabla bir ay vaxt lazımdır.
Nihad