İngiltərənin İşçi Partiyasının deputatı Co Çox Lids şəhəri yaxınlığındakı Birstall kəndində silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, seçki dairəsinin ərazisində hücuma məruz qalan deputat həm bıçaqlanıb, həm də silahla vurulub.
Co Çox helikopterlə həstəxanaya çatdırılıb.
Hücumda şübhəli bilinən bir nəfər həbs olunub. 41 yaşlı Çox iki uşaq anasıdır. O, İngiltərənin AB-də qalmasını dəstəkləyib.
Ayxan