İraq ordusu İŞİD-in Mosuldakı mövqelərinə zərbə endirmək üçün ötən gün ikinci cəbhə açıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İraq ordu komandanlığı Əl-Fəlucə şəhərinin azad olunmasından bir gün sonra İŞİD terror qruplaşmasına qarşı ikinci hücum xəttinin yaradıldığını elan edib.
Məlumata görə, xüsusi təyinatlı ordu birləşmələri və iki ordu diviziyası ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə Əl-Fəlucədən İŞİD-in Mosul yaxınlığında yerləşən aerodrom ətrafındakı mövqelərinə doğru hücuma keçib. İŞİD-in İraqdakı “paytaxtı” hesab olunan Mosul şəhərinin azad olunmasında qeyd olunan aerodrom strateji əhəmiyyətə malikdir.
Hücum əməliyyatı zamanı ordu qüvvələri iki kəndi azad edib və 20 km irəliləyib.