Suriyanın Rakka şəhərində İŞİD terror təşkilatı döyüşçülərinə qarşı əməliyyatlar davam etdirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı yayıb.
Məlumatlara görə, aviazərbələr zamanı bombalardan bəziləri dinc sakinlərin yaşadığı bölgələrə düşüb. Hadisə nəticəsində 6-ı uşaq olmaqla 25 nəfər həyatını itirib, çox sayda dinc sakin isə yaralanıb.
Elvin