Türkiyədə Xalq Demokrat Partiyasının (HDP) 9 deputatı barədə cinayət işi araşdırılması üçün Van prokurorluğuna göndərilib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, deputatların toxunulmazlığı aradan qaldırılandan sonra PKK-nı dəstəkləyən kürd deputatların işi toplanaraq prokurorluğa göndərilib.
İttiham olunan deputatlar HDP-nin həmsədrləri Səlahattin Dəmirtaş və Figen Yüksekdağ, o cümlədən, Pervin Buldan, Lezgin Botan, Tuğba Hezer Öztürk, Adem Geveri, Bedia Özgökçe Ertan, Nadir Yıldırım və Nursel Aydoğandır.
Millət vəkillərinin barəsindəki ittiham aktında "silahlı terror təşkilatına üzv olmaq", "Terror təşkilatının təbliğatını aparmaq", "Cinayət və cinayətkarı dəstəkləmək", "Prezidentə həqarət" kimi cinayət maddələri daxil edilib.
Ayxan