24 İyun 2016 11:27
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Devid Kemeron Böyük Britaniyada keçirilən referendumdan sonra açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, açıqlamasında Kemeron istefa verdiyini deyib:

"Fikrimcə, öz ölkəmi növbəti məntəqəyə çatdırmaq üçün mənim kapitan olmağım düzgün deyil. Böyük Britaniyaya yeni hökumət lazımdır. Bu ilin oktyabr ayında yeni baş nazirin adı açıqlanacaq. O, Avropa Birliyindən çıxmağa başlama müddətini özü müəyyən edəcək. Düşünürəm ki, Britaniya Avropa Birliyindən mərhələli şəkildə imtina edəcək".

Kemeron əlavə edib ki, seçkilər tam şəffaf keçirilib.

Qeyd edək ki, Britaniyada dünən baş tutan referendumun nəticələrinə əsasən, seçicilərin 52 faizi ölkənin Avropa Birliyindən çıxması qərarını dəstəkləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər