11:55
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsrail Suriyaya məlum hücumlarına haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə edir, lakin ölkə Bəşər Əsədin hakimiyyətinin sona çatmasından sonra yenidənqurmaya diqqət yetirdiyi üçün münaqişələrə girməkdə maraqlı deyil".

Teleqraf.com "Al Arabiyya"ya istindala xəbər verir ki, bu sözləri Suriya müxalifətinin lideri Əbu Məhəmməd əl-Colani (Əhmd Əl- Şaraa) müxalifət KİV-lərindən birinə müsahibəsində deyib.

“İsrailin arqumentləri zəifləyib və son vaxtlar sərhəddə yaşnanalar artıq onların pozuntularına haqq qazandırmır. İsraillilər Suriyada döyüş xəttini açıq şəkildə keçiblər ki, bu da regionda əsassız eskalasiya təhlükəsi yaradır. İllərdir davam edən münaqişə və müharibədən sonra Suriyanın müharibədən yorğun vəziyyəti yeni qarşıdurmalara imkan vermir. Bu mərhələdə prioritet yenidənqurma və sabitlikdir, daha çox dağıntıya səbəb ola biləcək müharibələrə cəlb edilməməkdir. Diplomatik həll yolları təhlükəsizlik və sabitliyi təmin etməyin yeganə yoludur", - deyə o bildirib.

Xatırladaq ki, İsrail 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra yaradılmış silahsızlaşdırılmış zonaya , o cümlədən Dəməşqə baxan strateji Hermon dağının Suriya tərəfinə keçib və burada tərk edilmiş Suriya hərbi postunu tutub. Orada qalmaq fikrində olmadığını bildirən və ölkə ərazisinə müdaxiləni sərhəd təhlükəsizliyini təmin etmək üçün məhdud və müvəqqəti tədbir adlandıran İsrail, Suriyanın strateji silah anbarlarına da yüzlərlə zərbə endirib. Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya da daxil olmaqla, bir sıra ərəb ölkələri İsrailin Qolan təpələrində bufer zonanı ələ keçirməsini pisləyiblər.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər