10:38
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ilə Seul arasında ikitərəfli münasibətləri Koreya yarımadasının cənubunda baş verən daxili siyasi hadisələrlə əlaqələndirməyə ehtiyac yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Respublikasının Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Xarici İşlər Nazirliyi rəsmisinin sözlərinə görə, əgər Rusiya ikitərəfli münasibətləri bərpa etmək istəyirsə, o zaman ilk növbədə KXDR ilə (Şimali Koreya) hərbi əməkdaşlığı dayandırmalıdır. Moskva əvvəllər Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib. İyun ayında Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Bir gün əvvəl Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev bildirib ki, Cənubi Koreya Respublikası Ukraynaya silah tədarükü şəklində hələ də “qırmızı xətti” keçməyib və bu, gələcəkdə münasibətləri bərpa etmək imkanını özündə saxlayır.

"Ümid edirəm ki, Koreya Respublikasının daxili siyasi həyatında baş verən dramatik hadisələr son nəticədə buna mane olmayacaq, əksinə, təşviq edəcək", - o belə qeyd edib.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər