10:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə proqramı ilə bağlı bu ölkədə apardığı yoxlamaların sayını artırıb.

Teleqraf.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə rəsmi Tehran yoxlamaların sayını artırmağa icazə verildiyini təsdiqləyib.

Rəsmi agentlik ölkənin Atom Enerjisi Təşkilatının (AEOI) sədri Məhəmməd Eslamidən sitat gətirib: "Biz potensialı artırdıq - yoxlamaların sayının da artması təbiidir".

MAQATE-nin hesabatında deyilir: “İran agentliyin Tehranın cənubundakı Fordo zənginləşdirmə zavodunda mühafizə tədbirlərinin həyata keçirilməsinin tezliyini və intensivliyini artırmaq tələbi ilə razılaşıb”.

Keçən həftə BMT-nin nüvə nəzarəti təşkilatı İranın nüvə silahı yaratmaq üçün 60 faiz zənginləşdirilmiş uranın istehsal sürətini əhəmiyyətli dərəcədə artıra biləcəyini söyləmişdi. İran dinc məqsədlər üçün nüvə enerjisi əldə etmək hüququnda israrlı görünür və atom silahı potensialına sahib olmaq istədiyini inkar edir.

Çərşənbə axşamı Böyük Britaniya, Fransa və Almaniya Tehranın nüvə proqramını genişləndirmək üçün atdığı son addımları qınayıblar.

Bu üç Avropa dövləti BMT Təhlükəsizlik Şurasına göndərdikləri məktubda İranın nüvə proqramını inkişaf etdirməməsi üçün BMT-nin ona qarşı bütün sanksiyaları bərpa etmək imkanını gündəmə gətiriblər.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər