ABŞ-nin İran və Rusiyaya qarşı sərt sanksiyalara hazırlaşması perspektivi 2025-ci ildə birjalarda neft bolluğunun olacağı yönündə narahatlıqları azaldıb. Gözləntilərə görə, neftin qiyməti dekabrın 16-dan həftəlik yüksəlişə keçəcək.
Teleqraf.com xəbər verir ki, Brent nefti bu həftəyə qədər təxminən 3 faiz bahalaşaraq bir barel üçün 73, ABŞ-nin xam nefti isə 70 dollardan realizə edilib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsinə namizədinin İrana qarşı təzyiqlərin artırılacağını açıqlamasından sonra Co Bayden administrasiyası da Rusiyanın neft ticarətinə qarşı yeni sanksiyaları nəzərdən keçirir. Digər tərəfdən Trampın yeni tarif siyasətinə qarşı ABŞ-a ixrac etdiyi əsas əmtəələrə - uran və neftə ixrac rüsumlarının tətbiqini araşdırır. Ekspertlərin rəyinə əsasən, bütün bu proseslər növbəti ildə neft bazarında təklif bolluğu ilə bağlı gözləntiləri azaldır. Neftin qiyməti bu ilki səviyyəsini qoruyub saxlayacaq.