Suriyanın keçmiş prezidenti Bəşər Əsəd devrilməzdən əvvəl Türkiyənin hərəkətlərini onu hakimiyyətdən məhrum etmək cəhdi kimi qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” İrandakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Suriyada hökuməti devirmək üçün islamçılara fəal dəstək verib.
Bildirilir ki, Əsəd İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb. Qeyd olunur ki, Əsəd qəzəblənib, Əraqçi isə onu Tehranın bundan sonra da yardım edəcəyinə inandırıb və bu məsələni Türkiyə ilə müzakirə edəcəyinə söz verib.
Daha sonra Əraqçi türkiyəli həmkarı Hakan Fidanla görüşüb və üsyançılara dəstəkdən dərin narahatlığını bildirib. Fidan buna cavab olaraq Əsədi böhranı diplomatik yolla həll etmək istəməməkdə ittiham edib.