Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 432 m² olan üçmərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 70 m² olan saunanın divar üzlüyü 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yüksək temperaturdan saunanın plastikdən ibarət qapısı və alkopandan ibarət tavanı 20 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.