Avropa Parlamenti Böyük Birtaniyadakı referendumun nəticələrinə görə fövqəladə iclas çağırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclas iyunun 28-də keçiriləcək. Bununla bağlı Avropa Parlametinin rəhbəri Martin Şults məlumat verib.
Onun sözlərinə görə, sessiyada Britaniyanın Avropa Birliyindən çıxışı ilə bağlı qətnamə qəbul ediləcək.
Qeyd edək ki, Britaniyada dünən baş tutan referendumun nəticələrinə əsasən, seçicilərin 52 faizi ölkənin Avropa Birliyindən çıxması qərarını dəstəkləyib.
Samir