ABŞ prezidemti Barak Obama Böyük Britaniyada keçirilən referendumun nəticəsi ilə bağlı bəyanat verib.
Teleqraf.com-un məlumatına görə, sənəddə deyilir ki, Böyük Britaniya öz istəyini ifadə edib və ABŞ buna hörmətlə yanaşır.
Bəyanatda bildirilir ki, ABŞ-la Böyük Britaniya arasındakı xüsusi münasibətlər qalır, Britaniyanın NATO-ya üzvlüyü isə ABŞ-ın xarici, təhlükəsizlik və iqtisadisiyasətində vacib təməl daşıdır.
Bəyanatda qeyd edilir ki, həmçinin ABŞ-Avropa Birliyi münasibətləri olduğu kimi qalacaq.
Obama sonda bildirir ki, Böyük Britaniya ilə Avropa Birliyi, dünyanın sabitliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün ABŞ-ın əvəzedilməz tərəfdaşları kimi qalmaqda davam edəcəklər.
Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda, seçicilər ölkənin Avropa Birliyindən çıxmasına səs verib.