30 İyun 2016 15:17
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Avropa Birliyinə qarşı əks-sanksiyaların müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, sanksiyaların müddəti 2017-ci ilin dekabrın 31-də başa çatacaq.

Qeyd edək ki, Avropa Birliyi Rusiyanın Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə və Minsk öhdəliklərini yerinə yetirmədiyinə görə bu ölkəyə qarşı sanksiyaların müddətinin 1 il uzadılması ilə bağlı qərar qəbul edib.

Samir


Müəllif:

Oxşar xəbərlər