İraqın paytaxtı Bağdadda səhər saatlarında terror aktı törədilib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 35 nəfər ölüb, 60 nəfər yaralanıb.
Məlumatlara görə, bomba yüklü avtomobil Bağdadın mərkəzi meydanlarından birində partladılıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir