Türkiyənin Mardin vilayətindəki Cevizpınar polis bölməsinə hücum edilib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, hadisə nəticəsində 2 əsgər və 1 nəfər mülki şəxs şəhid olub. 12 polis işçisinin isə yaralandığı bildirilir
Əldə edilən ilk məlumatlara görə, əsgərlərin hücum edənlərə cavab verməsi ilə silahlı qarşıdurma yaranıb. Orada baş verən partlayışın səsi Mardinin mərkəzdən də eşidilib. Bölgəyə çoxlu sayda təcili yardım və təhlükəsizlik işçisi ezam edilib.
Nihad