“Dünya Azərbaycanlıları İttifaqının dəstəyi ilə oktyabrın 18-də - Müstəqillik aktının qəbul olunduğu gün Dünya Azərbaycanlıları Assambleyasının təqdimat mərasimi Almaniyanın Köln şəhərində keçiriləcək”.
Teleqraf.com xəbər verir ki, bu xəbəri Rəşad Quliyev yayıb. O, bildirib ki, belə bir qərar Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovla Milanda keçirilən görüş zamanı verilib: “Dünya Azərbaycanlıları Assambleyasının gələcək fəaliyyəti və məqsədləri ilə bağlı həmvətənlilərimizə məlumat veriləcək. Bütün soydaşlarımızı bu tədbirdə iştiraka dəvət edirəm”.
Qeyd edək ki, Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov uzun illər Rusiyada iş adamı olaraq çalışıb. Sonradan Rusiyadan İtaliyaya köçən iş adamı hazırda İtaliya vətəndaşıdır və Avropada biznes fəaliyyəti ilə məşğuldur.
Nemət