15 İyul 2016 16:29
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Nitsa şəhərində yerləşən hava limanı boşaldılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polislər terminal binasındakı sərnişinləri təcili evakuasiya ediblər.

Bundan sonra binaya təhlükəsizlik işçilərinin əməkdaşları girib. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Qeyd edək ki, dünən gecə saatlarında Nitsada baş verən terror aktı zamanı 84 nəfər həyatını itirib, 120 nəfər yaralanıb.

Samir


Müəllif: