Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alınarkən 90 əsgər şəhid olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Jandarm Qüvvələrinin rəisi Celalettin Lekesiz məlumat verib.
Onun sözlərinə görə, silahlı toqquşmalar zamanı 1154 nəfər yaralanıb: "Qiyamçı əsgərlər formalarını çıxararaq, təslim olublar. 16 qiyamçı öldürülüb. Hazırda toqquşmalar davam edir".
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 754 nəfərin saxlanıldığı bildirilib.
Samir