Yunanıstan hökumətindən sığınacaq istəyən 8 qiyamçının Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa, ediləcək.
Bu fikri Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib. Yunanıstanın Baş naziri Türkiyə hökumətinə dəstək nümayiş etdirib, demokratik cəmiyyətlərdə hərbi çevrilişə yer olmadığını vurğulayıb.
Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu hərbi helikopterin Türkiyəyə qaytarılması üçün Yunanıstana xüsusi komanda göndərilib.