20 İyul 2016 14:51
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə prezidentlərinin görüşü avqustun birinci yarısında baş tutacaq.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğanın görüş vaxtı və yeri dəqiqləşdirilir. Peskov liderlərin Bakıda görüşəcəyi ilə bağlı fikirləri təkzib edib. O bildirib ki, Putin və Ərdoğan Rusiyada görüşəcəklər.

Rusiyalı diplomat əlavə edib ki, lidelər Türkiyədə hərbi çevrilişə cəhd məsələsini müzakirə edəcəklər.

Samir


Müəllif:

Oxşar xəbərlər