İŞİD terrorçuları İraqın Kərkük şəhərində neft quyusunu partladıb.
Axar.az xəbər verir ki, partlayışdan öncə qazdoldurma məntəqəsinə girən terrorçular burada 4 işçini güllələyiblər.
Yerə bomba döşəyən 5 İŞİD üzvü daha sonra özlərini partladıblar.
Hazırda neft quyusunda baş verən yanğın söndürülür.