“Əgər oktyabra qədər türk vətəndaşlarına vizasız səyahət imkanı yaradılmasa, Avropa Birliyi ilə martın 18-də imzalanmış miqrant razılaşması ləğv ediləcək”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, təhdid kimi qəbul edilməməlidir: "Əgər onlar şərtlərə əməl etməsə, biz cavab tədbirləri görməyə məcbur olacağıq".
Samir