Koreya Respublikasının prezidenti Yun Sok-Yöl xalqa müraciətində könüllü istefa verməkdən imtina etdiyini bildirib və ona qarşı impiçment prosedurundan keçməyə hazır olduğunu qeyd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Yun Sok-Yöl həmçinin ona qarşı irəli sürülən qiyam ittihamlarını rədd edib.
“Hərbi vəziyyətin elan edilməsi ölkəni idarə etmək aktıdır və irəli sürülən qiyam ittihamları qəbuledilməzdir”, - məlumatda deyilir.