10:13
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

VII Kleopatranın itmiş məzarını axtaran arxeoloq Misir kraliçasına aidiyyəti olan bir kəşfə imza atıb.

Teleqraf.com xəbər verir ki, təxminən 20 ildir məzarı axtaran Ketlin Martinez e.ə. 51-30-cu illərdə Misiri idarə edən kraliçanın əsl simasını əks etdirən heykəl tapdığını deyir.

Ağ mərmər heykəl balaca burunlu, dodaqları büzülmüş, saçları hörülmüş bir qadınını təsvir edir.

Martinez və komandası həmçinin Kleopatranın təsviri olan 337 sikkə, çoxsaylı keramika, lampalar, heykəlciklər və digər artefaktlar tapıb. Bütün bunlar əsrlər öncə Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Taposiris Maqna məbədində basıdırılıb.

Arxeoloq kraliçanın qəbrinin məbədin xarabalıqları arasında olduğuna inanır. Onun fikrincə, Kleopatranın cənazəsi tunel vasitəsilə saraydan çıxarılaraq gizli yerdə basdırılıb.

Digər arxeoloqlar Ketlin Martinez tərəfindən tapılan heykəlin əslində firon sülaləsindən olan başqa bir qadını təmsil etdiyini irəli sürür. Martinezin tənqidçiləri də kraliçanın Taposiris Maqna məbədində dəfn olunduğuna inanmırlar. Onların iddiasına görə, Kleopatra İsgəndəriyyənin özündə başqa bir yerdə dəfn edilib.

Bununla belə, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məbəddə tapılan tapıntıları son dərəcə əhəmiyyətli hesab etdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu