5 Avqust 2016 11:15
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı B və C planını düşünmək istəmirik. ABŞ nə vaxt istədisə, terrorçuları onlara verdik. ABŞ-dan Gülənin ektradisiyasını gözləyirik".

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistin "ABŞ Güləni ekstradisiya etməsə, Türkiyənin B planı varmı?" sualına cavab verərəkən deyib.

Onun sözlərinə görə, Türkiyə lazımi bütün sübutları ABŞ-a göndərib və iki ölkə arasında bu məsələdə ektradisiya razılaşması var.

Türkiyənin bu günə qədər bu razılaşmaya riayət etdiyinə diqqət çəkən Çavuşoğlu bunları deyib: "Terror təşkilatının tərəfini saxlayan Avropa ölkələrinə söyləyirik ki, bunun sizə xeyri dəyməyəcək. Bu günə qədər ekstradisiya etdiyimiz bütün terrorçuları azad etdiniz. Həmin terrorçular bu gün Avropa terror aktları törədir".

Samir


Müəllif:

Oxşar xəbərlər