5 Avqust 2016 11:55
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Fətullah Gülənin ektradisiyası ilə bağlı göndərdiyi sənədlər ABŞ Ədliyyə Nazirliyində araşdırılır”.

Teleqraf.com "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ xarici işlər nazirinin sözçüsü Mark Toner deyib.

Onun sözlərinə görə, araşdırmalar müəyyən vaxt tələb edir:

“Mənim məlumatıma görə, hazırda Ədliyyə Nazirliyi göndərilən sənədlərin ekstradisiya şərtlərinə uyğun olub-olmadığını anlamağa çalışır. Bunun üçün vaxt lazımdır. Hələ ki, heç bir nəticə əldə edilməyib”.

Samir


Müəllif:

Oxşar xəbərlər