8 Avqust 2016 15:49
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iki ölkə arasındakı münasibətləri pozan təyyarə olayına bənzər hadisələrin təkrarlanmaması üçün yeni təkliflər paketi hazırlayıb.

Teleqraf.com-un məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin hazırladığı təkliflər paketi iki ölkə liderinin sabah Sankt-Peterburq görüşündə masaya gətiriləcək.

“İzvestiya”ya danışan Rusiya Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi bildirib ki, nazirlik iki ölkə ordusu arasında informasiya mübadiləsi kanalının qurulmasını istəyir.

Ötən ilin payızında Türkiyə Hava Qüvvələrinin sərhədi keçən rus təyyarəsini vurması iki ölkənin münasibətlərinin pozulmasına səbəb olmuşdu.

Sevinc


Müəllif:

Oxşar xəbərlər