9 Avqust 2016 10:37
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudeu gündəlik mətbuat konfransı zamanı Türkiyə ilə bağlı suallara cavab verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 15 iyulda çevrilişə cəhdin arxasında ABŞ-ın durduğu haqda iddialara cavab verən ABŞ rəsmisi maraqlı fikirlər işlədib.

Dövlət Departamentinin rəsmisi bəyan edib ki, doğru olan tək fakt odur ki, demokratik yolla seçilən Türkiyə hökumətinin və türk xalqını dəstəkləməyimizdir: “Biz bu hadisəyə təpkimizi göstərdik. Belə iddialar əsassızdır. Deyilən hər şeyə cavab vermək niyyətində deyiləm. Onların doğru olub-olmadığını söyləyə bilmərəm. Doğru olan tək şey demokratik yolla seçilən Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləməyimizdir”.

Dövlət Departamentinin sözçüsü bu gün planlaşdırılan Ərdoğan-Putin görüşü haqqında suala da cavab verib: “Türkiyə NATO ölkəsi, müttəfiq, dost və ortaqdır”.

Sankt-Peterburq görüşündə Suriya məsələsinin müzakirə edilə biləcəyinə gəldikdə Elizabet Trudeu bildirib ki, İŞİD-ə qarşı aparılan mübarizə hər birimizi qayğılandırır.

Türk rəsmilərinin ABŞ-ın strateji müttəfiqi olaraq tanınmasına rəğmən çevriliş cəhdindən sonra Amerikanın yüksək çinli nümayəndələrinin Ankaraya səfər etməməsindən üzüldüklərini ifadə etməsinə toxunan Trudeu “Türkiyə önəmli bir müttəfiq və dost ölkədir” deməklə kifayətlənib.

Sonda Elizabet Trudeau dövlət katibi Con Kerrinin Türkiyəyə edəcəyi səfərlə bağlı jurnalistlərə əlavə məlumat verməyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər