9 Avqust 2016 11:33
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd olan Hillari Klinton qarşıdakı seçkilərdə qələbə qazanacağı halda dövlət katibi Con Kerrini vəzifəsində saxlamayacaq.

Bu barədə "Plitico" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizəd olmaq üçün H.Klintonun öz namizədləri var. Mənbə hesab edir ki, bu vəzifəni sabiq dövlət katibinə xarici siyasətə baxışını həyata keçirməyə yardım edəcək şəxs tutacaq. Mümkün namizədlər arasında Barak Obama və oğul Corc Buş administrasiyalarında dövlət katibinin birinci müavini olmuş Uilyam Börns və dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Uendi Şermanın adları çəkilir.

Nəşrin məlumatına görə, H.Klinton prezident seçiləcəyi halda hazırki dövlət katibi Con Kerri Suriya, İran və ya İsrail-Fələstin münaqişəsi məsələləri üzrə ABŞ-ın xüsusi nümayəndəsi ola bilər. (“Report”)


Müəllif:

Oxşar xəbərlər