9 Avqust 2016 19:38
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ticarət və iqtisadi münasibətlər payızda müzakirə olunacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasındakı münasibətlər böhran öncəsi səviyyəyə gəlib çatıb. "Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin tam bərpa olunmasında maraqlıdır, yaxın zamanlarda 2019-cu ilə qədər əməkdaşlığın orta müddətli proqramı işlənib hazırlanacaq", deyə V.Putin qeyd edib.


Müəllif:

Oxşar xəbərlər