11 Avqust 2016 15:37
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

1950-ci ildən sonra dünyada baş verən çevriliş cəhdlərinin nəticələri araşdırılıb. Məlub olub ki, çevriliş cəhdlərinin yalnız 49.6 faizi uğurla yekunlaşıb.

Teleqraf.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, “Vashinqton post” qəzetinin redaktorlarından olan Conatan Pavelin araşdırması göstərib ki, çevriliş cəhdlərinin ən çox yaşandığı qitə Afrikadır.

20-dən çox çevriliş cəhdinə məruz qalan Sudan, Mavritaniya, Nigeriya və Çad kimi ölkələrin Mərkəzi Afrikada yerləşməsi statistikada diqqət çəkən başqa bir məqamdır.

1950-ci ildən sonra çevriliş cəhdinin ən çox uğurlu olduğu ölkə Boliviyadır. Boliviyada 23 hərbi çevriliş cəhdindən 11-i çevrilişçilərin qələbəsiylə başa çatıb.

Pavelin araşdırmasına görə, bu dövrdə Türkiyədəki 6 hərbi çevriliş cəhdindən 3-ü baş tutub.

Sevinc


Müəllif:

Oxşar xəbərlər