16 Avqust 2016 12:56
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur turizm bölgələrindən olan Mərmərədə son vaxtlar istirahətə gedənlərin sayında güclü artım müşahidə olunur.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb 15 iyun hadisələri zamanı prezident Rəcəb Tayyib Ərdoğanın bu bölgədə olmasıdır.

Türkiyə Səyahət Təşkilatçıları Birliyi Mərmərə şöbəsinin rəhbəri İsmayıl Özbozdağ son illər görülməmiş dərəcədə xidmət sifarişi aldıqlarını deyib. Özbozdağ istirahətə gəlmək istəyən turistlərin əvvəlcədən yer sifariş verməli olduqlarını xatırladıb, əlavə edib ki, əks-təqdirdə parklarda gecələmək məcburiyyətində qala bilərlər.

Qurban Bayramında bölgəyə daha böyük axın gözlənilir.

Sevinc


Müəllif:

Oxşar xəbərlər