Türkiyənin Antalya şəhərində uzun yubka geyinib örpək bağlamış bir kişi MİT nümayəndələri tərəfindən tutulub.
Teleqraf.com Türkiyə mediasına istinadla bildirir ki, İstanbuldan təyyarəylə Antalyaya gələn 42 yaşlı Y.Şen aeroportdan çıxandan sonra qadın paltarı geyinərək əlində paketlə gəzməyə başlayıb.
Yoldan keçənlər ondan şübhələndiyi uçub hüquq-mühafizə orqanlarına xəbər veriblər. Şübhəli şəxs niyə qadın paltarı geyindiyini belə açıqlayıb: “Arada-bir yubka geyinirəm”.
Onun haqqında araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb.
Sevinc