Türkiyə Cümhuriyyəti Prokurorluğu HDP-nin həmsədri Figen Yüksekdağın həbs olunması ilə bağlı iddia qaldırıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Yüksekdağın Türkiyənin Suruç bölgəsində keçirilən mitinqdə PKK-ya dəstək xarakterli ifadələr işlətməsi olub. Prokurorluğun hazırladığı ittihamnamədə HDP deputatları Dilek Öcalanın, İbrahim Ayhanın və Altan Tanın 3-5 illik həbsi də istənib.
Prokurorluq Abdulla Öcalanın bacısı qızı, hazırda millət vəkili olan Dilek Öcalanın və İbrahim Ayhanın “Terror təşkilatının təbliğatını apardığına”, Altan Tanın isə “Xalqı kin və düşmənliyə təhrik etdiyinə” görə həbsi tələb olunur.
Sevinc Fədai