“İran Rusiyadan S-400 zenit-raket kompleksi almağı planlaşdırmır”.
Teleqraf.com İranın “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.
“Rusiya tərəfi İrana S-400 kompleksi təklif edib, amma bizim onları almaqla bağlı proqramımız yoxdur”, deyə iranlı nazir əlavə edib.
Bir müddət öncə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəsmi nümayəndəsi Hüseyn Nəhavi Hüseyni S-300 zenit-raket komplekslərinin çatdırılması ilə bağlı İran rəhbərliyinin Rusiya tərəfinə heç bir iradı olmadığını bildirmişdi.
Səxavət