20 Avqust 2016 18:42
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisi İsraillə münasibətlərin normallaşmasını nəzərdə tutan müqaviləni ratifikasiya edib.

Teleqraf.com xəbər verir ki, razılaşmaya görə, İsrail dövləti qarşıdakı 25 gün ərzində Türkiyə tərəfinə 20 milyon dollar həcmində birdəfəlik kompensasiya ödəyəcək.

Kompensasiya 2010-cu ilin mayın 29-da Qəzzaya humanitar yardım aparmağa cəhd edən “Mavi Mərmərə” gəmisində zərər çəkmiş insanlara, həlak olanların isə yaxınlarına ödəniləcək.

Eyni zamanda razılaşmaya əsasən, olayda iştirak etmiş İsrail vətəndaşları cinayət və maddi məsuliyyətə cəlb edilməyəcək.

Qeyd edək ki, İsrailin Nazirlər Kabineti bir müddət öncə sənədi ratifikasiya edib. Onu da bildirək ki, insident zamanı 10 Türkiyə vətəndaşı həlak olmuşdu.

Səxavət


Müəllif:

Oxşar xəbərlər