Suriyanın Cerablus şəhərinin inzibati rəhbərliyini təmsil edən Sabri Osman "Əl-Mayadin" tele-kanalına açıqlama verib.
Teleqraf.com-un TASS-a istinadla verdiyi xəbərə görə, o, İŞİD terrorçularının şəhəri tərk etdiyini deyib: "Küçələrdə sayı onlarla hesablanan silahlı qalıb, onlar da geri çəkilir. Qalanlar ailəsini də götürüb gedib"
Sabri Osman Türkiyə hərbi qüvvələrinin şimal və qərbdən Cerablus şəhəri kənarına çatdığını və nəzarəti ələ aldıqlarını bildirib.
Mahir