"Rusiya və Səudiyyə Ərəbistanı iyul-sentyabr ayları səviyyəsində neft hasilatını dondura bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak G-20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər iki ölkə bazarın sabitləşdirilməsi üzrə müxtəlif variantları nəzərdən keçirib: "Neft hasilatının dondurulması ən səmərəli variant hesab edilir. Hazırda neftin hasilatının 1 ay, 3 ay və ya daha uzun müddətə dondurulması məsələsi araşdırılır".
Samir