7 Sentyabr 2016 19:00
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Konstitusiya islahatları Azərbaycanın demokratik inkişafına xidmət edir. Ümumxalq səsverməsinə çıxarılan məsələlər sırasında hüquqi dövlətin təməllərinin gücləndirilməsinə, idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm məsələlər yer alıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş Aqiyə Naxçıvanlı deyib.

Aqiyə Naxçıvanlı bildirib ki, ötən müddət ərzində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib: “Bu inkişaf yolu hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb”.

Deputat deyib ki, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlar ölkəmizin öz milli maraqları olan müstəqil bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirib: “Gənc müstəqil respublika olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırıb. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız, sözün əsl mənasında, müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. İnanırıq ki, bu siyasi strateji inkişaf xəttinin qarşıdan gələn illərdə də uğurla davam etdirilməsi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək. Məhz Konsititusiya islahatları da bu prosesdə mühüm rol oynayacaq və Azərbaycanın demokratik imicinin möhkəmlənməsinə, tərəqqi, sabitlik və təhlükəsizliyə xüsusi töhfələr verəcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər