9 Sentyabr 2016 19:14
334

"Ukraynanın Donbas bölgəsində rus döyüşçüsü yoxdur".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanyer Kiyevdə jurnalistlərə açıqlama verərkən deyib:

"Biz bunu deməyə davam edirik ki, hibrid münaqişəsi hibrid hərbi birləşmələrin iştirakını nəzərdə tutur. Məndən soruşanda ki, "orada rus birləşmələri var?", mən bizim müşahidəçilərdən informasiyanı alıram və cavab verirəm: Orada rus hərbi birləşmələri yoxdur".

Bundan başqa, o, əlavə edib ki, Donbasda başqa regionlardan hərbçilər var.

Samir


Müəllif: