“G-20” ölkələrinin Çin Xalq Respublikasının Xançjou şəhərində keçirilən sammitində cangüdən kimi çalışan Çinin Xalq-azadlıq ordusunun hərbi qulluqçusu Şu Sinin cazibədar zahiri görünüşü milli sosial şəbəkə olan “Weibo” istifadəçilərini valeh edib.
Teleqraf.com “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə “Xinhua” Xəbər Agentliyi məlumat yayıb.
Userlər qızı “dünyanın ən yaraşıqlı cangüdəni” və “mütləq gözəllik” epitetləri ilə “təltif” ediblər. Onlar hərbi qulluqçunun ailə vəziyyətini daha çox müzakirə ediblər və güman etdiklərini bildiriblər ki, belə bir qadın gecənin qaranlığına sakitcə evə qayıda bilər.
Şu Sin həmyerlilərinin diqqətini reportyorların onu sammitdə vəzifə borcunu yetirərkən lentə almasından sonra çəkib. Həmin kadrlarda qadının İtaliyanın baş naziri Matteo Renzinin avtomobilinin yanında dayandığı görünür.
“Daily Mail” yazır ki, hələ 2013-ci ildə Şu Sin Çin Xalq-azadlıq ordusundakı 10 ən gözəl qadından biri kimi tanınır. Hərbi qulluqçunun dəqiq yaşı məlum deyil. O, boş vaxtlarında rəqs etməyi və oxumağı sevir.
“G-20” ölkələrinin sammiti Çinin Xançjou şəhərində sentyabrın 4-5-də keçirilib. Sammitin əsas müzakirə mövzusu dünyada innovativ iqtisadiyyat qurmaq olub.
Səxavət