ABŞ ordusu ilə bağlı məxfi sənədləri WikiLeaks saytına sızdırmaqda təqsirləndirilən keçmiş hərbçi Çelsi Manning aclıq aksiyasına başlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Manning 35 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzaçəkmə yerində zorakılığa məruz qaldığı üçün aclığa başladığını, köməyə ehtiyacı olduğunu bildirib.